AZ

"Beşiktaş"ın sabiq futbolçusunun yeni ünvanı bəlli olub

"Beşiktaş"la yollarını ayıran Raşid Gezzalın yeni ünvanı bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" "A Spor"a istinadən xəbər verir ki, əlcəzairli futbolçu "Çaykur Rizespor"la müqavilə bağlamağa yaxındır.

4 il "Beşiktaş"da çıxış edən və mövsümün sonunda müqaviləsi başa çatan Raşid Gezzal daha əvvəl Super Liqadan təklif aldığını açıqlamışdı.

2020-2021 mövsümündə “Lester Siti”dən “Beşiktaş”a transfer olunan Gezzal “ağ-qaralar”la 1 Super Liqa, 2 Türkiyə Kuboku və 1 Super Kubok qazanıb.

İstanbul klubunun heyətində 4 mövsüm keçirən Gezzal ümumilikdə 122 matça çıxıb və 17 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
operativmm.az

1Mənbələr