İranın cənub-şərqində Sistan Bəlucistan əyalətinin Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutub.
Bakıvaxtı.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.
Hücumda biri leytenant olmaqla 3 İran hərbçisi ölüb, 1 mülki vətəndaş yaralanıb.
Hücum edənlərin tutulması üçün genişmiqyaslı araşdırma başladılıb.
Əli Hüseynov