Fominin sözlərinə görə, Şimali Atlantika alyansının bu "təhlükəli oyunu" nüvə dövlətləri arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. O, həmçinin Vaşinqtonun yeni nüvə doktrinası üzərində işlədiyini, bunun nəticəsində nüvə silahından istifadə həddinin aşağı salına biləcəyini vurğulayıb.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukraynaya uzaqmənzilli silahlarla Rusiyanın ərazilərinə zərbələr endirməyə icazə verəcəyi təqdirdə, bu addımın onların münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31