EN

PSJ Mbappeyə 55 milyon avro ödəməyə məcbur edilib

Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.



NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Parisien” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.
Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.
Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edib və bu yay klubla müqaviləsi başa çatandan sonra “Real Madrid”ə keçib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
74
13
nuhcixan.az

10Sources