EN

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Tələm-tələsik sülh sazişi bağlamağa çalışan Ermənistanın sürətlə silahlanması əslində nədən xəbər verir?..

Politoloq: “Təəssüflər olsun ki, İrəvan sülh müqaviləsi imzalamağa özünü meyilli kimi göstərsə də, Ermənistanda Paşinyanın komandasında da sülh müqaviləsindən qaçan böyük ölçüdə qüvvələr var”.

“Cənubi Qafqazda geosiyasi, qlobal layihələrin həyata keçirməsinə mane olmağa çalışan qüvvələr var. Görünür ki, belə ölkələrdən biri də Hindistandır”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev Ermənistanın yenidən Hindistandan silah almaq istəyini Poliqon-a şərh edərkən qeyd.

Xəbər verdiyimiz kimi, Ermənistan Hindistandan əlavə miqdarda 155 mm-lik kalibrli ATAGS artilleriya qurğuları almaq istəyir. Bəs, tələm-tələsik sülh sazişi bağlamağa çalışan Ermənistanın sürətlə silahlanması əslində nədən xəbər verir?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Təəssüflər olsun ki, bir çox xarici qüvvələr Ermənistanın əli ilə bölgədə təxribatlar yaratmaq istəyirlər”.

Sanki Fransanın Ermənistanı silahlandırmaq üçün Hindistanla yarışa girdiyini vurğulayan politoloq bildirib ki, bununla bağlı da heç bir sağlam açıqlama yoxdur:

“Təəssüflər olsun ki, İrəvan sülh müqaviləsi imzalamağa özünü meyilli kimi göstərsə də, Ermənistanda Paşinyanın komandasında da sülh müqaviləsindən qaçan böyük ölçüdə qüvvələr var. Həmin qüvvələr var gücləri ilə çalışırlar ki, sülh müqaviləsi imzalanmasın. Həmçinin, Ermənistan hökümətin hökümətinin özü də bəzi məsələləri qabardaraq sülh müqaviləsindən boyun qaçırır.

Ümummilikdə, belə düşünmək olar ki, Paşinyan hökümətinə həm daxili, həm də xaricdən sülh müqaviləsinin imzalanmaması ilə bağlı güclü təsirlər var. Eyni zamanda Cənubi Qafqazda yenidən gərginliyin artmasında maraqlı olan qüvvələr var. Həmin qüvvələr Cənubi Qafqazda geosiyasi, qlobal layihələrin həyata keçirməsinə mane olmağa çalışan qüvvələr var. Görünür ki, belə ölkələrdən biri də Hindistandır.

Zeynal Əmrəliyev: “Yaxşı bilirlər ki, Cənubi Qafqazda əldə ediləcək sülh ümumi regional təhlükəsizliyə böyük zərbə vuracaq”.

Hindistan heç nəyə baxmadan kütləvi şəkildə Ermənistanı silahlandırır. Bəzən Hindistan Ermənistana elə silahlar verir ki, həmin silahları Yerevanın pulla ala biləcəyini düşünmək olmur. Hindistan çox ağır silahları Ermənistana göndərir. Ermənistanın hərbi büdcəsinə nəzər yetirəndə isə görürük ki, onların bu qədər silah almaları üçün maliyyə yoxlarıdır.

Şübhəsiz ki, bu da dediyim kimi Cənubi Qafqazda gərginlik yaratmağa hesablanıb. Təəssüflər olsun ki, bir çox xarici qüvvələr Ermənistanın əli ilə bölgədə təxribatlar yaratmaq istəyirlər. Bu təkcə Hindistan deyil, biz Avropa ölkələrində də bunu müşahidə edirik. Həmin ölkələr də hər zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Eyni zamanda da, Ermənistana maliyyə yardımı ayırıb, silahlandırırlar.

Sanki Fransa Ermənistanı silahlandırmaq üçün Hindistanla yarışa girib. Bununla bağlı da heç bir sağlam açıqlama yoxdur. Yeganə açıqlama odur ki, o ölkələr Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir. Çünki yaxşı bilirlər ki, Cənubi Qafqazda əldə ediləcək sülh ümumi regional təhlükəsizliyə böyük zərbə vuracaq”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
55
poliqon.info

1Sources