EN

Putinin sözlərindən sonra bu ölkə NATO-ya üz tutub

“Şimali Atlantika Alyansı ölkələri Ukraynadakı münaqişənin deeskalasiyasına çalışmalı və Rusiyaya qarşı düşmənçilikdən əl çəkməlidir”

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Britaniya İrs Partiyasının lideri Devid Kerten X sosial şəbəkəsində (keçmiş Twitter) bildirib.

“Rusiya prezidenti Vladimir Putin NATO ölkələrini Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməmək barədə xəbərdarlıq edib, çünki Moskva bunu ölkəyə qarşı birbaşa müttəfiq təcavüzü kimi qiymətləndirəcək”, – siyasətçi bildirib.

Kerten NATO ölkələrindən tələb edib ki, Ukraynadakı münaqişəni “qırışdırmağı dayandırsın”. O, həmçinin alyansı “Rusiyaya qarşı düşmən münasibətini dəyişməyə” çağırıb.

Chosen
60
medianews.az

1Sources