EN

Beyləqanda növbəti vətəndaş qəbulu - Fotolar

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sentyabrın 10-da Bünyadlı kənd sakinlərini səyyar, sentyabrın 11-də isə İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə vətəndaşların müraciət və təkliflərini dinləyib.

RİH başçısı onların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

 







Chosen
146
qafqazinfo.az

1Sources