EN

Rusiya altı britaniyalı diplomatın akkreditasiyasını ləğv edib

Rusiya

London, 13 sentyabr, AZƏRTAC

Rusiya casusluq ittihamı ilə əlaqədar Böyük Britaniya səfirliyinin altı əməkdaşının akkreditasiyasını ləğv edib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onların fəaliyyətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib.

“Britaniya beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşdirilməsində rol oynayıb. Bu siyasətin həyata keçirilməsini koordinasiya edən əsas qurum Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktorluğudur”, - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, belə faktlara və Londondan gələn çoxsaylı qeyri-dost addımlara cavab olaraq Britaniyanın Rusiyadakı səfirliyinin siyasi şöbəsində çalışan altı diplomatın akkreditasiyası ləğv edilib.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
105
1
azertag.az

2Sources