Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının sədri VüqarGülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclasıkeçirilib.
TrendHesablama Palatasına istinadən məlumat verir ki, clasda“Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrədövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditininnəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
Bildirilib ki, keçirilmiş uyğunluq auditi ilə 47,9 mln. manatmaliyyə vəsaiti olmaqla 2021-2023-cü illər əhatə edilib. Auditdövlət büdcəsinin vəsaitləri hesabına dövlət sifarişi üzrəöhdəliklərin yerinə yetirilməsinin, dövlət satınalmalarınınplanlaşdırılması və icrasının, eyni zamanda dövlət əmlakınınqorunub saxlanılmasının, idarə edilməsinin və uçotununaparılmasının bütün əhəmiyyətli aspektlər baxımından auditmeyarlarına uyğun olmaması və uyğunsuzluqların əsasən yayılanolması, eləcə də idarəetmə qərarlarının dövlət resurslarındanqənaətli istifadə və artıq xərclərin qarşısının alınması baxımındandövlət sektoru kontekstində düzgünlük meyarlarına bir çox hallardacavab verməməsi və cinayət tərkibinin əlamətlərinin ehtimalolunması ilə bağlı mənfi rəyin verilməsi ilə nəticələnib.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiqolunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə dədövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradanqaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə,habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmişhüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunmasınəzərə alınmaqla müvafiq materialların Azərbaycan RespublikasınınBaş Prokurorluğuna göndərilməsinə dair qərar qəbul olunub.