EN

Moldovada sülhməramlı güllə yarasından öldü

Moldovada Birləşmiş Sülhməramlı Qüvvələrin hərbçisi xidməti vəzifəsini yerinə yetirərkən ölümcül yaralanıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Qaynarinfo Moldova Müdafiə Nazirliyinə istinadən xəbər.

Operativ İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 17:50 radələrində baş verib. Hərbçi postda xidmət apararkən "təhkim edilmiş silahdan açılan atəş nəticəsində” dünyasını dəyişib.

Hadisə yerinə gələn həkimlər əsgərin öldüyünü müəyyən ediblər. Faktla bağlı polisin əməliyyat-istintaq qrupu tərəfindən araşdırma aparılır.

Nizami Bağırov

Chosen
16
1
qaynarinfo.az

2Sources