EN

Cahangirbəyli kəndinə elektrik xətləri çəkilir - 2 milyon manatdan çox pul xərclənəcək

Zəngilanın Cahangirbəyli yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə 2.121.548,5 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat verilib. 
 
Tenderin qalibi "İMA-ENERGY” MMC-dir. 
 
Qalib şirkət 2009-cu il dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 5 mindir. 
 
2024-cü ilin sonuna kimi Zəngilanda 104 mənzildən ibarət olan binaların tikintisi başa çatacaq. 
 
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
 
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 

Gülnar Nazimqızı 



www.anews.az
Chosen
39
3
anews.az

6Sources