EN

PSJ Kilian Mbappeyə olan borcunu ödəmək fikrində deyil

PSJ Fransa nəhənginin fransalı sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro məbləğində maaş borcunu ödəməyəcək.

Arena.az bu barədə nüfuzlu “Ekip” fransız nəşrinə istinadən məlumat verir.

Paris klubu Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsinin PSJ-ni bu borcu ödəməyə mükəlləf etməsinə rəğmən, Paris klubu məsələni məhkəmədə həll etmək niyyətindədir.

Mənbənin məlumatına görə, PSJ bu məsələdə öz fəaliyyətinin qanuni olduğuna inanır və Mbappeni məhkəməyə verməyə hazırdır.

Daha əvvəl Mbappe PSJ-dən, ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və əlavə üstəliklərinin ödənilməsini tələb etmişdi. Sentyabrın 11-də Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsi tərəfləri bu borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, Mbappe bundan imtina etmişdi.

Xatırladaq ki, Mbappe 2018-ci ildən çıxış etdiyi PSJ-dən cari ilin yayında azad agent qismində ayrılaraq, Avropa nəhəngi “Real”a qoşulub.

Chosen
37
1
arena.az

2Sources