EN

Sumqayıtda məktəbi bit-birə basıb

Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılıb. 

Bu barədə “Sumqayıt 24”ə valideynlər müraciət edib. 

Onların sözlərinə görə, tədris ilinin başlamasına sayılı günlər qalsa da, övladlarının adıçəkilən məktəbə getmələrini istəmirlər: “Heç bir valideyn uşağının antisanitariya şəraitində oxumasını istəmir. Bundan əlavə, bit-birə xəstəlik daşıyıcısı sayılır”.

Valideynlər problemlə bağlı məktəb rəhbərliyinə müraciət olunduğunu, hələlik heç bir tədbir görülmədiyini də əlavə ediblər.

Chosen
22
4
bizimxeber.az

10Sources