EN

Bu, Ukrayna müharibəsinin sonunu yaxınlaşdırmır - Düjarrik

Rusiya ərazisinin dərinliklərində Qərb silahları ilə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı ritorika dünyanı Ukraynadakı münaqişənin sona çatmasına yaxınlaşdırmır.

Axar.az xəbər verir ki, bunu mətbuat konfransında BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Eşitdiyimiz ritorika, gördüklərimiz bir daha sübut edir ki, biz bu münaqişəni istədiyimiz kimi beynəlxalq hüquq və nizamnamə çərçivəsində sona çatdırmaq yolunda getmirik. Şübhəsiz, hesab edirəm ki, Ukrayna baş katibin müxtəlif ikitərəfli görüşlərinin gündəliyinin əsas bəndlərindən biri olacaq", - Düjarrik qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
3
axar.az

10Sources