EN

"ACWA Power" Хızı-Abşeron külək elektrik stansiyasının tikintisinin başa çatma tarixini açıqladı (ÖZƏL)

Bakı. Trend:

Azərbaycanda Xızı-Abşeron külək elektrik stansiyasının tikintisi2025-ci ilin ortalarına qədər davam edəcək.

Bu barədə Trend-ə eksklüziv müsahibəsində Səudiyyə Ərəbistanındayerləşən "ACWA Power" şirkətinin Mərkəzi Asiya üzrə regionaldirektoru Abid Malik bildirib.

O, layihə çərçivəsində tikinti işlərinin bu ilin aprelindəbaşladığını və hazırda həm Abşeron, həm də Xızı bölgələrində davametdiyini xatırladıb.

"Abşeron bölgəsində biz, eyni zamanda, giriş yolları, küləkturbinlərinin təməlləri və elektrik yarımstansiyası üzərindəişləyirik. Xızı bölgəsində isə giriş yolları və körpülərlə bağlıişlər aparılır. Tikinti işləri ilin sonuna qədər hər iki bölgədədavam edəcək. Abşeron bölgəsində ilk külək turbinlərininquraşdırılmasına xüsusi diqqət yetiriləcək. Ümumilikdə layihənintikintisi 2025-ci ilin ortalarına qədər davam edəcək", – A.Malikdeyib.

Qeyd edək ki, Xızı-Abşeron külək elektrik stansiyası 240meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isəən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarınıillik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə"tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipiilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarəediləcək.

Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızırayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbinioptimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. LayihəAzərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sistemininmodernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektorunaxarici sərmayələrin artırılmasına töhfə verəcək.

X: @Lyaman_Zeyn

Chosen
174
3
az.trend.az

9Sources