EN

"Tottenhem" - "Qarabağ" oyunu 80 manata

Avropa Liqasının Liqa mərhələsində “Tottenhem” (İngiltərə) – “Qarabağ” matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün bilet qiyməti açıqlanıb.

Prosport.Az xəbər verir ki, biletin qiyməti 80 AZN təşkil edir.

Qarşılaşmanı izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyən tərəfdarlar üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun “Block 503” sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir.

“Tottenham” – “Qarabağ” oyunu sentyabrın 26-da saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Chosen
32
24
prosport.az

10Sources