EN

"Formula 1": Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda sıralama turunda lider olub - Yenilənib

"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub...

"Report"un məlumatına görə, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.

"Report"un məlumatına görə, birinci sesiyadan sonra beş pilot mübarizəni dayandırmalı olub.

16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okon ("Alpin") ikinci sesiyaya qatılmayacaq.

***

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Report"un məlumatına görə, mübarizəyə saat 16:00-da start verilib.

Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" pilotu Şarl Lekler birinci olub.

Bu gün üçüncü sərbəst yürüşdə "Mercedes"dən Corc Rassell ən yaxşı nəticə göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
31
poliqon.info

10Sources