EN

“Ələkbər əmi”nin qızı ailə qurdu - FOTOLAR

Mərhum Əməkdar artist Ələkbər Hüseynovun qızının nikah mərasimi olub.

Bu haqda Nərgiz özü məlumat yayıb. 

Skripka ifaçısı bildirib ki, nikahından fotoları paylaşıb.

Xatırladaq ki, cütlüyün toyu sentyabrın 23-də olacaq.

Nişanlısı ilə fotosu instaqram səhifəsində yayımlayan Nərgiz "Toyumuza sayılı günlər qalır" qısa şərhini yazıb.

Qeyd edək ki, "Ələkbər əmi" kimi ölkədə məşhurlaşan Ə.Hüseynovun qızı saksofon ifaçısı Camal Bayramlı ilə ailə qurmağa hazırlaşır. Cütlüyün nişanı bu ilin iyununda olub. Ələkbər uzun illər Azərbaycan Dövlət Televiziyasında (AzTV) uşaq verilişlərinin aparıcısı olub. Aktyor 2007-ci il iyulun 29-dan 30-na keçən gecə komaya düşüb. O, 2 avqust 2007-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.//Olay.az

Chosen
84
4
musavat.com

10Sources