EN

CAR-ın vitse-prezidenti tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb

Cənubi Afrika Respublikasının vitse-prezidenti 62 yaşlı Pol Maşatil ölkənin şimalında tribunada çıxışı zamanı huşunu itirərək yıxılıb.

seher.media xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.

Vitse-prezident Limpopo əyalətinin Valoyi kəndinin mədəniyyət mərkəzində keçirilən mərasimdə iştirak edirmiş. Öz növbəsində vitse-prezidentin mətbuat katibi Keyt Xoza bildirib ki, Maşatil həkimlər tərəfindən müayinə olunub.

Belə ki, vitse-prezidentə lazımi yardım göstərilib və hazırda özünü yaxşı hiss edir. O əlavə edib ki, Maşatilin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.

Chosen
43
16
seher.media

10Sources