Yer-yer tipli raket İsrailin mərkəzinə düşüb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bu, hava hücumu xəbərdarlığı fonunda baş verib. İtkilər barədə məlumat verilmir.
Sentyabrın 14-də Livandan atılan iki “hava hədəfinin” İsrailin şimalına düşdüyü bildirilib. Hava hədəfləri İsrail sərhədini keçərək Kiryat Şmona şəhəri yaxınlığında düşüb. Sentyabrın 8-də İsrail Müdafiə Qüvvələri ölkənin şimal rayonlarının Livan ərazisindən atəşə tutulduğunu qeyd edib, 50-yə yaxın mərmi atılıb.