Biləsuvar sakinlərindən odlu silahlar götürüldü
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.BUTA.TV xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti profilaktik tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.