EN

“Heç-heçə də pis nəticə sayılmayacaqdı” - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı oyun haqda danışıb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qalibiyyəti belə şərh edib:

"Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularımız tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı.

Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu. Klub buraxmırdı. Ani baş verdi keçid. Məsələ Juniorun zədəsi ilə bağlı deyil. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda, düşünmədən imzaladıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq”.

Chosen
29
5
rekord.az

10Sources