EN

ABŞ Türkiyənin BRICS-ə qoşulmaq niyyətinə münasibət bildirdi

"Türkiyənin BRICS-ə qoşulmaq niyyəti onun daxili işidir".

Bizim.Media "Hurriet Daily News"a istinadən xəbər verir ki, bunu ABŞ səfirliyinin rəhbərinin müavini Maykl Qoldman deyib.

"Türkiyə suveren və müstəqil dövlətdir. Biz NATO-nun güclü tərəfdaşı kimi Türkiyə ilə ikitərəfli müdafiə əlaqələrimizə güvənirik", - diplomat bildirib.

Xatırladaq ki, sentyabrın 2-də Türkiyə BRICS dövlətlərarası birliyə üzv olmaq üçün müraciət edib.

Bizim.Media

Chosen
23
11
bizim.media

10Sources