EN

Türkiyədə fabrikdə partlayış: 33 nəfər yaralanıb, ölən var

Türkiyənin şimal-qərbində Sakarya vilayətində makaron fabrikində baş verən partlayış və yanğının söndürülməsi nəticəsində 33 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

hakimiyyet.az xəbər verir ki, müvafiq yenilənmiş məlumatı "TRT" telekanalı yayıb.

Qeyd olunub ki, yanğınsöndürənlər fəhlələrdən birinin cəsədini dağıntılar altından çıxarıb. Bundan əlavə, 3 yanğınsöndürən yanğını söndürərkən yüngül xəsarətlər alıb.

15 sentyabr, 16:12

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda 20 nəfər yaralanıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, makaron fabrikində hələlik müəyyənləşdirilməmiş səbəbdən partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Bildirilir ki, hadisədə 20 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Türkiyədə fabrikdə partlayış: 33 nəfər yaralanıb, ölən var

Türkiyədə fabrikdə partlayış: 33 nəfər yaralanıb, ölən var

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
8
hakimiyyet.az

10Sources