ABŞ-nin sabiq prezidenti Donald Tramp ona qarşı ikinci sui-qəsd cəhdindən sonra ilk açıqlamasını verib.
"Unikal" xəbər verir ki, Tramp sisoal şəbəkə hesabında yazıb:
"Yaxınlığımda atəş açıldı, lakin söz-söhbətlər nəzarətdən çıxmazdan əvvəl bunu eşitməyinizi istəyirəm:
Mən təhlükəsizlikdəyəm və hər şey yaxşıdır. Məni heç nə dayandıra bilməz. Heç vaxt təslim olmayacağam! Məni dəstəklədiyiniz üçün sizi həmişə sevəcəyəm.
Birlik. Sülh. Gəlin, Amerikanı yenidən möhtəşəm edək".