EN

Gültəkin Əsgərova adına 200 №-li Məktəb-Lisey Kompleksində “Birincilərin ilk dərs günü” » AzadMedia.az


Bu gün ölkəmizdə 2024-2025-ci tədris ilinin ilk dərs günü oldu.

Azadmedia.az
xəbər verir ki, Azərbaycanda məktəblərdə dərslər “Bilik Günü” hesab olunan 15 sentyabr tarixində başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslərə sentyabrın 16-da başlanıldı.

Belə ki, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrinə I siniflərə 132 mindən çox şagird qəbul olunub.

Builki 16 sentyabr “Bilik günü”nü səbirsizliklə gözləyən təbii ki, birincilər və onların valideynləri idi. Əlbətdə ki, həyəcan, sevinc və bəzən də birincilərin göz yaşları "Bilik Günü"nün əvəzedilməz anları oldu.

Bu gözəl və müqəddəs anların yaşandığı Bakı şəhəri təhsil ocaqlarından biri də, təhsildə hər zaman fərqlənən Gültəkin Əsgərova adına 200 №li Məktəb-Lisey Kompleksi idi. Məktəbin direktoru Esmira Quliyeva tərəfindən bütün qonaqlar, müəllim və şagird kollektivi böyük rəğbətlə salamlandı. Direktor Esmira Quliyeva yüksək səviyyədə diqqət və qayğıyla birincilərlə, onların valideynləri ilə salamlaşıb hər birini siniflərinə uğurladı.

Bu gün valideynlərin həyatda qürur duyduğu günlərdən biridir. Hər bir ananın, atanın sevinci övladının şagird adını qazanması və gözəl təhsil almasıdır. Elə bu minvalla yola çıxaraq, bugünün həyəcan və sevincini yüksək səviyyədə yaşayanlardan biri də Paşayevlər ailəsi oldu. Paşayev Nihadın əziz övladı
Paşazadə Raul birinci sinif olaraq ilk qədəmlərinə 200 №li Məktəb-Lisey Kompleksində başladı. Bu münasibətlə, babası Mübariz, Nənəsi Fazilə, atası Nihad, əmiləri Nahid və Nicat balaca Raul Paşazadəni 1-ci sinif qədəmləri və Bilik günü münasibətilə ürəkdən təbrik edib, yeni və ilk dərs ilində ona sonsuz nailiyyətlər arzu ediblər.
Biz də, bu il birinci sinifə gedən Raul balamızı
şagird adı qazanması ilə bağlı təbrik edirik, təhsil həyatında başladığı ilk ilinin uğurlu olmasını diləyirik.
Sözsüz ki, məktəb sabah üçün xoşbəxtlikdir!
Bəli, məktəbdə yeni bir öyrənmə macərasının başlaması ilə həyatın yeni qapıları onun üzünə açıldı.
Raul balamıza 11 illik təhsil həyatında yeni-yeni nailiyyətlər arzu edirik. Ümid edirik ki, ibtidai məktəbin ilk gününün həyəcanı Raul bala üçün həmişə uğurla keçəcək. Eyni zamanda, yeni tədris ili vətənimizin gələcəyi olan Raul bala kimi övladlarımız üçün faydalı olacaqdır.
Qoy Yaradan, Raul Paşazadə balanın timsalında bütün övladlara sağlam, xoşbəxt, dinc və uğurlu bir il nəsib etsin. Bilik günləri mübarək olsun!

Nəzərinizə çatdıraq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 513 min 698 şagirdin təhsil alacağı gözlənilir.
Həmçinin yeni tədris ilində doğma Şuşada da 33 il sonra ilk zəng çalınıb.
Bundan əlavə qeyd edək ki, “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrə əsasən, yeni tədris ilində II-XI siniflərdə ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusu barədə olacaq.
Chosen
111
50
azadmedia.az

10Sources