EN

Rövzət Qasımov: "Əksər hallarda şikayətlərin əsassız olduğunu görürük"

"MSK istər sosial şəbəkələrdə, istər namizədlərdən daxil olan müraciətlər, istərsə də qaynar xəttə daxil olan şikayətlər olsun, bunların hər birini araşdırırıq və çalışırıq ki, seçki mərhələsi şəffaf keçsin".

seher.media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədrinin müavini Dövlət Qasımov deyib.

Onun sözlərinə görə, milyonlarla insanın iştirak etdiyi prosesdə nöqsanların olmadığını desək, bu, bizə 50-60 il əvvəli xatırladar:

"Yəni, çalışırıq ki, bu məqamlara diqqətlə reaksiya verək. Ona görə də MSK-ya daxil olan, hətta daxil olmayan məlumatları diqqətlə təftiş edirik. Əlbəttə ki, əksər hallarda bu şikayətlərin əsassız olduğunu görürük".

Daha çox foto burada: PhotoStock.az

Mərahim Nəsib

Chosen
9
2
seher.media

2Sources