EN

"Lənkəran"nın baş məşqçisi müəyyənləşdi

Azərbaycan Basketbol Liqasının 2024/25 mövsümündə çıxış edəcək "Lənkəran" komandasının baş məşqçisinin adına aydınlıq gəlib. 

Bizim.Media xəbər verir ki, yeni yaranmış klubu belaruslu mütəxəssis Georgi Kondruseviç çalışdıracaq. 

Onun köməkçisi türkiyəli Alperen Kılıçoğlu olacaq. Komandanın kapitanı qarşıdakı günlərdə müəyyənləşəcək. 

Cənub təmsilçisi ev oyunlarını Lənkəran Olimpiya İdman Kompleksində keçirəcək. 

Bizim.Media

Chosen
25
10
bizim.media

10Sources