EN

Umud Mirzəyev Cenevrədə BMT rəsmi şəxsləri ilə görüşüb - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Cenevrəyə səfəri çərçivəsində BMT-nin Cenevrə ofisinin Baş direktorunun Kabinet rəhbəri Lidiya Qriqoreva və BMT-nin Tərksilah İşləri Ofisinin Cenevrə üzrə Xidmət Rəhbəri Melanie Regimbal ilə görüşlər keçirib.

QHT.az xəbər verir ki, Umud Mirzəyev, Lidiya Qriqoreva’ya Azərbaycanın 18-ci DİM təşəbbüsünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Minasız Dünya Təşəbbüsü - BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 18-ci Məqsədi Kimi" layihəsi müzakirə olunub. O, oktyabr ayında bu layihə çərçivəsində planlaşdırılan paralel sessiya ilə bağlı uğurlu danışıqların aparıldığını bildirib.

Bu görüşlər, beynəlxalq əməkdaşlıq və minlərlə insanın həyatını təhlükəsizləşdirmək məqsədini güdən təşəbbüslərin irəliləməsi baxımından əhəmiyyətli addımlardır. Umud Mirzəyev, müzakirələrdə əldə olunan nəticələrin layihənin uğurlu həyata keçirilməsinə və geniş təsirinə kömək edəcəyinə inandığını vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
qht.az

1Sources