EN

"Hədəf Global": Top universitetlərə müraciət dəstəyi və sosial həssas qruplara xüsusi təkliflər

“Hədəf Şirkətlər Qrupu”nun tərkibində fəaliyyət göstərən “Hədəf Global” tələbələr üçün geniş imkanlar və müxtəlif xidmətlər təqdim edir. Xaricdə təhsil sahəsində fəaliyyət göstərən bu mərkəz, tələbələrə uyğun təhsil proqramlarının seçimi, müraciət proseslərinin idarə olunması və universitetlərlə əlaqələrin qurulması sahəsində köməklik göstərir.

Şirkətin xaricdə təhsil və olimpiada mərkəzinin rəhbəri Yaşar Zeynalov bu sahədə təqdim edilən xidmətlər və onların qiymətləri haqqında Fins.az-a geniş məlumat verib.

Qiymət Meyarları: Universitet Seçimi və Reytinqlər

Yaşar Zeynalovun sözlərinə görə, xaricdə təhsil proqramlarının qiymətləri əsasən universitetlərin qəbul planına uyğun olaraq müəyyən edilir:

“Xaricdə təhsil proqramlarının qiymətləri müəyyən edilərkən əsasən universitetlərin qəbul planına uyğun olaraq konkret meyarlar əsas götürülür. Bu meyarlar nələrdir? İlk növbədə, universitetin dövlət və ya özəl olması, universitetin dünya reytinqində tutduğu mövqe və həmin universitetdə xüsusi ixtisasların reytinqləri nəzərə alınır." 

Y.Zeynalovun qeyd etdiyi kimi, bu göstəricilər təhsil proqramlarının xərclərinin müəyyən edilməsinə əsaslı təsir edir. Universitetin dövlət və ya özəl olması, onun dünya reytinqi və konkret ixtisasların qiymətləndirilməsi tələbənin təhsil seçimlərində və xərclərin formalaşmasında mühüm rol oynayır.

Xidmət Paketləri: Maddi İmkanlara Uyğun Təkliflər

Y.Zeynalov xaricdə təhsil xidməti göstərən mərkəzin bir sıra paketlər təklif etdiyini vurğulayır. O qeyd edir ki, təqdim edilən xidmətlər bir neçə kateqoriyada qurulub:

“Bizim göstərdiyimiz xidmətlərə gəlincə, əsasən təhsil mərkəzi olaraq təqdim etdiyimiz xidmətlərin xərcləri, illik təhsil haqqı və yaşam xərcləri üzərində qurulmuş paketlər təklif edirik. Yalnız bir xidmət deyil, bir neçə xidməti təqdim edə bilirik. Mərkəzin təklif etdiyi paketlərə yaşayış dəstəyi, mədəni inteqrasiya xidmətləri kimi əlavə imkanlar daxildir. Bu xidmətlər müraciət edən şəxslərin maddi imkanlarına uyğun şəkildə tənzimlənir və bu, müxtəlif xidmət növlərinin təqdim edilməsini mümkün edir. Yaşayış və mədəni inteqrasiya dəstəyi xidmətlərimiz var və bunlar ümumi xidmət paketlərinə daxil edilir.”

Akademik Uğurlar və Top Universitetlərə Müraciət Dəstəyi

Y.Zeynalov bidirib ki, xüsusi akademik uğurlara sahib tələbələr üçün dəstək proqramları da mərkəzin xidmətləri sırasındadır və bu xidmətlərə müraciət sənədlərinin hazırlanması daxildir:

“Yüksək akademik nəticələri olan tələbələrin top universitetlərə müraciət zamanı onlara dəstək veririk. Onların müraciət məktubları, CV-ləri və digər sənədləri bizim tərəfdən hazırlanır.”

Altı Aylıq Xüsusi Proqram

O, “Hədəf Global”ın təqdim etdiyi altı aylıq xüsusi proqram, sonuncu sinfi bitirən tələbələr üçün iki mərhələdə təşkil olunduğunu deyib və əlavə edib ki, bu proqram tələbələrin top universitetlərə müraciətetmə prosesində tam dəstəklənməsini təmin edir:

“Bizim altı aylıq xüsusi bir proqramımız var. Bu proqram çərçivəsində sonuncu sinfi bitirən tələbələri götürürük və onlara üç ay, üç ay olmaqla iki mərhələli xidmət göstəririk. Bu xidmətlər sənədləşdirmə, viza dəstəyi və sığorta kimi digər vacib addımları da əhatə edir.”

Müştəri Məmnuniyyəti və Təcrübəli Əməkdaşlar

Y.Zeynalov qeyd edib ki, müştəri məmnuniyyətinin təmin edilməsi üçün “Hədəf Global” anonim sorğular keçirir:

“Müştəri məmnuniyyətini ölçmək üçün anonim sorğular aparırıq. Bu sorğular xidməti almış şəxslər arasında random şəkildə keçirilir və təhlil olunur. Sorğular zamanı əməkdaşların müştərilərlə ünsiyyəti və göstərilən dəstəyin səviyyəsi əsas meyarlar olaraq qiymətləndirilir. Təcrübəli əməkdaşlar tərəfindən təqdim olunan xidmətlərin keyfiyyəti, universitetlərdən qəbul almaqda müştərilərə üstünlüklər qazandırır. Keyfiyyətli iş təqdim etmək üçün daha təcrübəli əməkdaşlardan istifadə etməliyik. Təcrübəli əməkdaşlar sayəsində daha yaxşı universitetlərdən qəbul əldə etmək mümkündür.”

Sosial Həssas Qruplar üçün Endirimlər

Y.Zeynalov vurğulayıb ki, “Hədəf Global” sosial baxımdan həssas qruplara xüsusi endirimlər təqdim edir və bu endirimlər şəhid və qazi övladlarına və sosial həssas ailələrə aid edilir:

"Sosial baxımdan həssas ailələr, şəhid və qazi övladları üçün 50%, 70%, hətta 100% xidmət haqqı endirimi tətbiq edirik. Eyni zamanda, bacı-qardaş müraciətləri və bir ailədən iki tələbənin müraciəti zamanı da xüsusi endirimlər mövcuddur. Bir ailədən iki şagirdin müraciəti və bacı-qardaş müraciətləri zamanı xüsusi endirimlər təqdim edirik.”

Qiymətlər və Ölkələrə Uyğun Paketlər

Y.Zeynalov söyləyib ki, xaricdə təhsil üçün qiymətlər ölkəyə və təqdim olunan xidmət paketlərinə görə dəyişir:

“Qiymətlər ölkələrə və standart paketlərə görə dəyişir. “Hədəf Global” xaricdə təhsil imkanları yaratmaq üçün geniş xidmətlər spektri təqdim edir, müştərilərin maddi imkanlarına uyğun xidmətlər göstərir və təhsil sahəsində uğur qazanmaq istəyən tələbələrə xüsusi dəstək verir.”

Fuad Mədətov
Fins.az

Chosen
98
33
fins.az

10Sources