EN

"Həm Elxan müəllim, həm də Aslan müəllim davamlı şəkildə işə gəlib-gedir” – Sənan Abdullayev

Dekabrın 16-da Xankəndinə yollanarkən ağır yol qəzasına düşən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovla vitse-prezident Aslan Şahgəldiyevin sağlıq durumu tam yaxşılaşmaqdadı.

PFL-in media və marketinq direktoru Sənan Abdullayev “Futbol-plus.az"ın bununla bağlı sualını belə cavabladı:

"Həm Elxan müəllim, həm də Aslan müəllim davamlı şəkildə işə gəlib-gedir. Amma hər biri fizioterapiya üçün bəzi günlərdə xəstəxanaya getməli olurlar. Artıq qoltuq ağaclarının köməyi ilə işə gəlirlər. Bərpa prosesinin son mərhələsindədilər. Aslan müəllim çoxdan ev şəraitində müəlicə alır. Elxan müəllim də artıq həm ev şəraitində, həm də xəstəxanada müalicə olunur".

AKİF ƏHMƏDOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources