EN

Oktyabrda BƏƏ “Afrika dialoqu” forumuna ev sahibliyi edəcək

Oktyabrın 31-də BƏƏ-nin Dubay şəhəri “The Africa Debate” (Afrika dialoqu) forumunun növbəti iclasına ev sahibliyi edəcək.

Yeniazerbaycan.com BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadla xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyinin və “Invest Africa” fondunun təşkilatçılığı ilə keçiriləcək bu tədbirdə beynəlxalq şirkətlərin, dövlət və özəl investisiya qurumlarının nümayəndələri, eləcə də mütəxəssislər, siyasətçilər iştirak edəcəklər.

Forumda BƏƏ, Körfəz region və Afrika arasında ticarət və investisiya dəhlizi boyu mövcud iqtisadi, ticarət, sərmayə imkanları və onlardan istifadə məsələləri müzakirə ediləcək. İqtisadiyyatın bir çox sahələrində, o cümlədən maliyyə, logistika xidmətləri, təchizat zəncirlərinin təkmilləşdirilməsi, enerji, infrastruktur, İKT, rəqəmsal transformasiya, sərmayələrin və biznesin təşviqi də forumda əsas müzakirə ediləcək mövzulardan olacaq.

İqtisadiyyat nazirinin beynəlxalq ticarət üzrə köməkçisi Cümə əl-Kit bildirib ki, BƏƏ Afrikanın ticarət və investisiya sahələrində başlıca tərəfdaş kimi strateji əhəmiyyətini dərk edir: “300-dən çox sənayeçini dəvət etməyi planlaşdırır və qarşılıqlı inkişafa nail olmaq yollarını müzakirə etməyi, tərəfdaşlıqları gücləndirməyi hədəfləyirik”.

Qeyd edək ki, BƏƏ Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında Afrikaya ən çox investisiya yatırmış ölkədir.

2Sources