EN

Bu məhsul xoşbəxtlik və sağlam yaşlanma üçün lazımdır

Böyük bir genetik araşdırma, hansı vərdişlərin sağlam yaşlanma ilə əlaqəli olduğunu ortaya qoyub.

Milli.Az foodinfo.az-a istinadən xəbər verir ki, onlardan biri də pendir sevgisidir.

"Nature Human Behavior" jurnalında dərc olunan araşdırmada çinli alimlər 2,3 milyondan çox avropalının genetik məlumatlarını təhlil ediblər. Müəlliflər müəyyən ediblər ki, sosial-iqtisadi amillərdən asılı olmayaraq, psixi rifah sağlam qocalmanın və uzunömürlülüyün ən vacib aspektidir.

Təbii ki, maliyyə komponenti də vacibdir. Buraya tibbi xidmətə çıxış və keyfiyyətli məhsul almaq imkanı daxildir. Lakin araşdırmanın nəticələri göstərib ki, yüksək gəlir səviyyəsi sağlam və xoşbəxt qocalıq demək deyil. Daha vacib olan müsbət münasibət, həyatdan məmnunluq və psixi sabitlikdir. Eyni zamanda, psixoloji sağlamlığa təsir edən vərdişlər var: fiziki fəaliyyət, siqaretdən imtina, daha çox meyvə və pendir yemək. Alimlər belə nəticəyə gəliblər ki, pendir həvəskarlarının sağlam qocalma şansı 3,67% artıb. Buna görə fransızlar çox yaşayırlar. Maraqlıdır ki, bu, pendir istehlakını psixi sağlamlıqla əlaqələndirən ilk araşdırma deyil. 2023-cü ildə yapon gerontoloqları bu məhsulun daha çox istehlakının demans riskini 28% azaltdığını bildirdilər.65 və daha yuxarı yaşda olan 1516 iştirakçının məlumatlarını təhlil edən elm adamları, müntəzəm olaraq pendir yeyən insanların daha yüksək koqnitiv funksiyalara sahib olduqlarını aşkar ediblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
81
2
milli.az

3Sources