EN

Trampa sui-qəsd cəhdi edən şəxsi hansı cəza gözləyir?

ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdində təqsirli bilinən Rayan Uesli Rout Floridada Palm Biç şəhərində məhkəmə qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, ona qarşı odlu silah saxlamaq və seriya nömrəsi silinmiş odlu silaha sahib olma ilə bağlı maddələr üzrə ittiham irəli sürülüb. Müttəhim özünü təqsirli bilməyib.

İlkin dinləmələr sentyabrın 23-ü, onun çıxışı isə sentyabrın 30-na təyin olunub.

Ona qarşı yeni maddələr üzrə ittihamların elan olunacağı gözlənilir.

Məhkəmə sənədlərində həmçinin müttəhimin təqsirli bilinəcəyi təqdirdə onu gözləyən cəzalar qeyd olunub. Odlu silaha sahib olmaq ittihamı 15 il həbs, 250 min dollar məbləğində cərimə və üç il şərti azadlığa buraxılma cəzalarını nəzərdə tutur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
50
publika.az

10Sources