ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsddə şübhəli bilinən Rayan Uesli Root iki ittiham üzrə 20 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, məhkəmə sənədlərinə görə, Rootu odlu silah saxlamağa görə 15 il həbs və 250.000 dollar cərimə gözləyir.
Silahın silinmiş seriya nömrəsinə malik olmasına görə isə onu ikinci ittihama əsasən beş il həbs cəzası və cərimə də gözləyir.
Qeyd edək ki, iyulun 13-də də Pensilvaniya ştatında Trampa qarşı sui-qəsd cəhdi olmuşdu. Bu zaman o qulağından yaralanmışdı.
Bizim.Media