EN

BOK prezidenti postuna 7 namizəd - Adlar açıqlandı

BOK-un prezidenti vəzifəsinə 7 namizəd irəli sürülüb.

OXU24.COM  xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Onların arasında Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (Dünya Atletika) rəhbəri Sebastyan Koe, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe, Beynəlxalq Velosipedçilər İttifaqının rəhbəri David Lapartian, Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yohan Elias, BOK-un vitse-prezidenti Xuan Antonio Samaranç, həımçinin BOK üzvləri Faisal Əl-Hüseyin və Kirsti Koventri var.

Xatırladaq ki, avqust ayında BOK-un hazırkı rəhbəri, 2013-cü ildən quruma rəhbərlik edən Tomas Bax yeni müddətə namizədliyini irəli sürməyəcəyini bildirmişdi. BOK prezidenti seçkiləri 2025-ci ilin martında keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
2
oxu24.com

9Sources