ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs atəş açmayıb.
Azpost.info xəbər verir ki, bunu məxfi xidmət rəisi vəzifəsini icra edən Ronald Rou bildirib.
CNN-in məlumatına görə, Rou hesab edir ki, şübhəli Trampı görə bilməzdi.
“Onun Trampı olduğu yerdən görmək imkanı yox idi. O, agentlərimizə atəş açmayıb”, – Rou deyib.
O, Trampın təhlükəsizliyinin hazırkı prezidentin müdafiəsinə uyğun olaraq ən yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.
“Lazım gələrsə, gücləndiriləcək”, – Rou qeyd edib.
Daha əvvəl “Fox News” bildirmişdi ki, Floridada Trampa mümkün sui-qəsd işində əsas şübhəli şəxs Rayan Uesli Rutundur. Jurnalistlərin dediyinə görə, o, avtomatın lüləsini Palm-Biçdəki Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib.
Azpost.info