EN

“Meta” Rusiya KİV-lərinə qadağa qoyub

Bakı. Trend:

Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyətiqadağan edilən “Meta” korporasiyası “RT” və “Rossiya seqodnya”media qrupunun da daxil olduğu bir sıra Rusiya KİV-lərinin özplatformalarında hesablarını bloklayıb.

Trend xəbər verir ki, bubarədə “NBC” “Meta” nümayəndəsinin bəyanatına istinadən məlumatyayıb.

“Məsələni diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiya dövlətmediasına qarşı tədbirlərimizi genişləndirmişik. “Russia Today”,“RT” və digər əlaqəli təşkilatlar xarici müdaxilə cəhdlərinə görəindi bütün dünyada tətbiqlərimizdə bloklanıb”, - deyə “NBC”korporasiyanın bəyanatına istinadən xəbər verir.

"RT", "Sputnik" və "RİA Novosti"nin səhifələri artıq"Facebook"da ("Meta"ya məxsusdur) mövcud deyil. "Bu məzmun hazırdaəlçatan deyil. Sahib məzmunu silmiş və ya ona girişiməhdudlaşdırmış ola bilər", - deyə bu medianın səhifələrini açmağaçalışdığınız zaman görünən mesaj bildirir.

"Meta" hələ Rusiya mətbuatının məsələ ilə bağlı sorğusuna cavabverməyib.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 4-də "RT" telekanalının başredaktoru Marqarita Simonyan və onun iki müavininə qarşısanksiyalar tətbiq etdiyini açıqlayıb. Bundan əlavə, ABŞ DövlətDepartamenti "Russia Today", "RİA Novosti", "RT", "TV-Novosti","Ruptly" və "Sputnik" media qrupu ilə bağlı əməliyyat qaydalarınısərtləşdirir.

Rusiya Xarici İşlər Nazirliyinin departamentin rəsmi saytında“Rusiyaya qarşı repressiyalar” bölməsində dərc olunan statistikməlumatlara əsasən, 2022-ci ildən bəri kollektiv Qərb adlananölkələr Rusiya mediasına və jurnalistlərə qarşı 150-yə yaxınmüxtəlif məhdudiyyətlər tətbiq edib.

Məqalədə:
Chosen
122
19
az.trend.az

10Sources