Gürcüstan Parlamenti ölkədə LGBT-nin təbliğatını qadağan edən qanunu qəbul edib.
Leqal.info “tabula.ge” saytına istinadən xəbər verir ki, sənədlə bununla bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub.
Belə ki, ölkədə cərrahi müdaxilə nəticəsində cinsin dəyişdirilməsi, eynicinsli şəxslər arasında nikah bağlanması, cinsini dəyişdirmiş şəxsin övladlığa və ya himayəyə götürülməsi, şəxsiyyət vəsiqəsində bu və ya digər şəxsin cinsindən fərqli cins kateqoriyasının göstərilməsi qadağan edilib.
Həmçinin eynicinsli nikahların və əməliyyat üsulu ilə insanın cinsinin dəyişdirilməsinin televiziyaların efirində, o cümlədən dövri və elektron mətbuatda təbliğinə də rəsmən moratorium tətbiq olunub.
Leqal.info