EN

Braziliya və Azərbaycan arasında Memorandum imzalandı - Fotolar

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib.   Manset.az xəbər verir ki, nazir Məcnun Məmmədov əvvəlcə Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro ilə görüşüb. Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. İkitərəfli görüş zamanı Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro imzalayıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb.

Chosen
20
7
manset.az

9Sources