EN

Azərbaycanda logistika subsidiyasının ödənilməsinə 2025-ci ildən başlanıla bilər

Bu ilin sonuna qədər Azərbaycan hökumətinin logistika subsidiyaların ödənilməsi ilə bağllı qaydaları təsdiqləməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan-İraq Biznes Forumunda bildirib.

"Subsidiyaların ödənilməsinə gələn ildən başlanılması gözlənilir", - deyə o qeyd edib.

"Düşünürük ki, subsidiya müəyyən istiqamətlərdə ləngimələrin qarşısını almağa deyil, alternativ marşrutlardan istifadə edərkən maya dəyərinin aşağı salınmasına dəstək olacaq", - deyə AZPROMO rəsmisi əlavə edib.

Y. Abdullayev daha öncə "Report"a bildirib ki, logistika subsidiyasıın tətbiqi Azərbaycanın bütün ərazisində nəzərdə tutulur. Ehtimal olunur ki, subsidiya 5-7 il müddətinə, azad edilmiş ərazilərdə isə 10 il müddətinə tətbiq olunacaq. Bu subsidiya ixracatçı şirkətlərə ödəniləcək və o, daşınma xərclərinin 70 %-nə qədər ola bilər. Azad edilmiş ərazilərdə isə logistika xərclərinin dövlət hesabına tam ödənilməsi nəzərdə tutulur.

Chosen
126
50
sam.az

10Sources