EN

Beyrutdakı partlayışda İran səfiri bir gözünü itirib

Dünən Livanda eyni vaxtda yüzlərlə peycer partladılıb.

Heftelik.az-ın məlumatına görə, Livan Səhiyyə Nazirliyi ölənlərin sayının 11 nəfərə çatdığını, 2700-lzy çox yaralı olduğunu açıqlayıb.

Hizbullah Hərəkatı ən azı səkkiz döyüşçünün öldürüldü barədə məlumat yayıb.

Yaralıların çoxunun üzlərində, xüsusən də gözlərində, əllərində və mədələrində xəsarətlər var.

Hadisə zamanı İranın Livandakı səfiri Müctəba Əmini daşıdığı peycerin partlaması nəticəsində ağır yaralanıb. İran İnqilab Keşikçiləri Korpusunun iki əməkdaşının hücumla bağlı verdiyi məlumata görə, Müctəba  Əmini daşıdığı peycerin partlaması nəticəsində bir gözünü itirib, digər gözü isə ağır yaralanıb.

Müctəba Əmininin xəsarətlərinin İranın ilkin məlumatlarından daha ciddi olduğu və müalicə üçün Tehrana aparılacağı bildirilib.

Qeyd edək ki, Livan hökuməti və Hizbullah Hərəkatı baş verən peycer partlayışlarına görə İsraili ittiham edir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
36
heftelik.az

10Sources