EN

Rusiya Ermənistana silah tədarükünü bərpa edib- ÖZƏL

"Rusiyanın Ermənistana Smerç və digər silahlar göndərməsi, əvvəlki razılaşmalar əsasında həyata keçirilsədə bu Kremli Yerevana jestidir. Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır. Rusiya Ukrayna müharibəsi fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsi Cənubi Qafqazda mövqeyini qorumaq və Azərbaycanla sülhə mane olmağı planlaşdırır. Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşir".

"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:

"Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, N. Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma, Kreml durmadan bu ölkəyə yardımlar edir. 
Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması və silahlara təchiz olunması, Yerevanin sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistani maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
5
olaylar.az

6Sources