"Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:
"Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvülüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, N. Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma, Kreml durmadan bu ölkəyə yardımlar edir.
Bu gün Ermənistan Qərb və Rusiya tərəfindən kifayət qədər dəstəklənir. Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması və silahlara təchiz olunması, Yerevanin sonda danışıqları pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistani maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun".
Alim Hüseynli
Olaylar.az