Bakı. Trend:
Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıxəməkdaşlıq edir və yeni tərəfdaşlar axtarır.
Trend xəbərverir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibiArmen Qriqoryan Ümumdünya Erməni Sammitində deyib.
Qeyd edib ki, əvvəllər Rusiya ilə hərbi-texnika üzrəəməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10faizdən aşağı düşüb.
“Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biriHindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”, -Armen Qriqoryan bildirib.