Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavinini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşüb.
Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, o cümlədən münaqişədən sonrakı dövrdə regional vəziyyət və Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin perspektivləri müzakirə olunub.