EN

"Bank Respublika ASC" işçi axtarır - VAKANSİYA

Bank Respublika ASC

Korporativ katib

Son tarix 30 sen 2024 - Müraciət et

Təsvir:

  • Səhmdarların ümumi yığıncağının, Müşahidə Şurası, İdarə Heyəti və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək, və həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək;
  • Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin fəaliyyəti ilə bağlı protokolların idarə edilməsi prosesini təşkil etmək;
  • Müşahidə Şurası, İdarə Heyətinin iclası və Komitələrin qərarları haqqında Bankın əməkdaşlarını məlumatlandırmaq;
  • Müşahidə Şurasının, İdarə Heyətinin iclası və Komitələrin qərarlarının və tapşırıqlarının icrasına nəzarət etmək;
  • Bankın rəhbərliyinin (İdarə Heyətinin Sədri və üzvləri, İdarə Heyəti Sədrinin ofisinin rəhbəri) digər tapşırıq və göstərişlərini yerinə yetirmək. 

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
  • Mükəmməl səviyyədə MS Office (Power Point, Word, Excel) ilə işləmək;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus (əla), Ingilis dili (əla);
  • Minimum nəzarətlə effektiv işləmə bacarığı;
  • Nəzakətli və diplomatik ünsiyyətə sahib olmaq;
  • Zamanın səmərəli və effektiv idarə edilməsi;
  • Güclü təşkilatçılıq bacarığı və eyni zamanda bir neçə tapşırığın icra edilməsi

Vakansiya haqqında:
Son tarix: Sentyabr 29, 2024

Chosen
12
1
fed.az

2Sources