EN

Tanınmış investisiya şirkəti “küləyin əksinə üzür”: Dolların avroya qarşı baha qalacağına inanır

Dünyanın ən böyük aktiv idarəetmə şirkətlərindən biri olan “The Vanguard Group”, FED-in faiz dərəcəsinin azaldılması ilə bağlı gözləntilərinin çox yüksək olduğunu bildirir. Şirkət iyul ayında açdığı dollar üzrə “qısa mövqeni” (short position) bağlayıb. Şirkətin baş maliyyə inzibatçısı Ales Koutny çərşənbə günü faiz dərəcəsinin 25 baza bəndi azaldılacağını gözləyir.

Banker.az-ın İnvestisiya bölməsi xəbər verir ki, şirkət idarəsində olan 1.7 trilyon dollar aktivlər ilə bağlı fondlarında iyul ayında açdığı dollar üzrə qısa mövqeni bağlayıb. Belə ki, FED-in monetar siyasətdə yumşalma dövrünün bazarın gözlədiyindən daha az aqressiv olacağını gözləyir.

“Biz dollar üzrə qısa mövqelərin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik, lakin ABŞ-dan gələn məlumatlar hələ də güclüdür,” – deyə Koutny bildirib.

“Əgər iqtisadi məlumatlar əhəmiyyətli dərəcədə pisləşməzsə, düşünürük ki, FED bazarın gözlədiyindən daha az faiz azaldacaq.”

Faiz dərəcəsinin dörddə bir bənd azalacağını gözləyən Koutny bildirir ki, ABŞ iqtisadiyyatı resessiyanın qarşısını almağa yönəlmiş azalmaları tələb etmir. Hal-hazırda svoplar FED-in faiz dərəcəsini yarım bənd azaltma ehtimalını 65% qiymətləndirir və ilin sonuna qədər ümumilikdə 114 baza punktu qədər yumşalma gözlənilir.

Hal-hazırda “Vanguard” ABŞ dolları üzrə bir qədər uzun mövqedədir və dolların İsveçrə frankına nisbətdə artacağını gözləyir, bu dollar/avro (ənənəvi avro/dolların əksi) məzənnənin 0.84-dən 0.90-a yüksələcəyini proqnozlaşdırır.

“Vanguard” funt sterlinq üzrə uzun mövqeyini saxlayır, lakin bu mövqe avroya qarşıdır, dollara deyil.

Chosen
12
26
banker.az

10Sources