Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu barədə məlumatlar yoxlanılır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan bildirib.
"Hazırda bunun təsdiqi yoxdur", - Xaçatryan deyib. Xatırladaq ki, Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistan Baş nazirinin Aparatının məlumat bazasına daxil ola bildiyini bildirib. "Bizim əlimizdə məlumatlar bazası var", - hakerlərdən biri deyib. Hakerlər Ermənistan hökumətinin yaxın 2,5 saat ərzində onlara 48 milyon dollar köçürməyəcəyi təqdirdə məlumatların silinəcəyi barədə təhdid ediblər.