AZ

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu barədə məlumatlar yoxlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan bildirib.

"Hazırda bunun təsdiqi yoxdur", - Xaçatryan deyib. Xatırladaq ki, Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistan Baş nazirinin Aparatının məlumat bazasına daxil ola bildiyini bildirib. "Bizim əlimizdə məlumatlar bazası var", - hakerlərdən biri deyib. Hakerlər Ermənistan hökumətinin yaxın 2,5 saat ərzində onlara 48 milyon dollar köçürməyəcəyi təqdirdə məlumatların silinəcəyi barədə təhdid ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
5
operativmm.az

6Mənbələr